Konkurs 42-in 2-ci həftəsi
42-ci konkursun artıq 2-ci həftəsi də geridə qaldı. İlk həftədə olduğu kimi 2-ci həftə də İştirakçılarımız uğurlu nəticələr göstərmişlər və bu nəticələr əsasında bu həftənin ilk onluğu aşağıdakı kimi formalaşmışdır:
| Login | Ad, Soyad | Balans | Hesab tarixi |
| 125779 | Ziyanur Məhyəddinov | $ 34905.24 | statement |
| 125594 | Sami Tataroğlu | $ 34550.74 | statement |
| 123499 | Teyyub Muradov | $ 28592.94 | statement |
| 125616 | Kənan İsmayılov | $ 28153.04 | statement |
| 123498 | Minarə Babayeva | $ 18394.58 | statement |
| 124552 | Coşkun Ari | $ 18113.11 | statement |
| 123286 | Kadir Baltacı | $ 17181.77 | statement |
| 124833 | Namiq Ağayev | $ 12603.49 | statement |
| 124093 | Nərmin Kiçikbəyova | $ 12557.93 | statement |
| 126058 | İlqar Bajriyev | $ 11639.81 | statement |
Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.
İlk həftənin nəticələrindən fərqli olaraq 2-ci həftə ilk onluqda tam yeni iştirakçılar yer almışlar. Bu həftə də liderlik uğrunda gərgin mübarizə getmiş və bu mübarizənin əsas qəhrəmanları müsabiqənin 4 iştirakçısı - Yusuf Şahan, Nizami Haqverdiyev, Ülvi Xəlilov və Ziyanur Mahyəddinov olmuşlar. Çox marağlı bir haldır ki, həftə ərzində liderlik edən 3 iştirakçının (Yusuf Şahan, Nizami Haqverdiyev, Ülvi Xəlilov) heç biri həftənin yekun nəticələrinə görə ilk onluqda tutduqları mövqeyi qoruyub saxlaya bilməmişlər.
Bu həftə ilk onluqda 2 xanım iştirakçımız - Minarə Babayeva və Nərmin Kiçikbəyovanın yer alması çox sevindirici haldır. Xanımlarımıza bu çətin mübarizədə əzmkarlıq göstərərək tutduqları mövqedən geri çəkilməmələrini, əksinə daha da yüksək nəticələrə doğru irəliləmələrini diləyirik.
Xatırladaq ki, 42-ci konkursun bitməsinə hələ 2 həftə var və nəticələr istənilən an dəyişilə bilər. Növbəti - 43-cü konkursda iştirak etmək istəyənlər isə Qeydiyyat forması-nı dolduraraq müsabiqəyə qatıla bilərlər.
«Forex-AZ» şirkəti hər bir iştirakçıya uğurlar arzu edir!

