Konkurs 33-ün yekun nəticələri
«Forex-AZ» şirkəti tərəfindən təşkil edilən «Konkurs 33» müsabiqəsi 06.02.2009 tarixində başa çatdı. Müsabiqə ərzində $10.000 həddini aşmağı bacarmış iştirakçılar aşağıdakılardır:
| Login | Ad, Soyad | Balans | |
| 82920 | Rəşad Əliyev | $ 260595.29 | statement |
| 81860 | Sami Erdoğan | $ 54976.89 | statement |
| 82406 | Namiq Ağayev | $ 43880.14 | statement |
| 83234 | Zamin Əhmədov | $ 38535.71 | statement |
| 83137 | Sənan Abbasov | $ 23355.99 | statement |
| 82508 | Namiq Nəbiyev | $ 22491.06 | statement |
| 82848 | Aynur İmanova | $ 12637.71 | statement |
| 82647 | Sənubər Süleymanova | $ 12297.51 | statement |
| 82502 | Tekin Fidan | $ 11239.86 | statement |
| 82144 | Məhəmməd Abdulhəmidov | $ 10008.36 | statement |
Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.
Bir ay müddətində davam edən müsabiqə Rəşad Əliyevin qələbəsi ilə başa çatdı və o, $500 məbləğində Real Ticarət Hesabının sahibi elan edilir. O, dörd həftə ərzində balansını $260595.29 -a çatdırmağı bacarmışdır. «Forex-AZ» şirkəti tərəfindən keçirilən konkurs tarixində Rəşad Əliyev ən yüksək nəticəni əldə etmiş konkurs iştirakçısıdır.
Beləliklə, Sami Erdoğan 2-ci, Zamin Əhmədov 3-cülüklə konkursu başa vurur.
Qeyd: Namiq Ağayev,Sənan Abbasov,Aynur İmanova və Sənubər Süleymanova-nın statementlərinə nəzər salsaq açıq ticarət əməliyyatlarının olduğunu görərik. Bu isə o deməkdir ki, adı çəkilən iştirakçılar şərtlərə əməl etməyərək konkursun sonuncu günü açıq əməliyyatlarını bağlamayıblar. Bu səbəbdən də qeyd olunan iştirakçıların nəticələri ləğv olunur. Konkursun şərtlərinə əməl etməyən bütün iştirakçılara xəbərdarlıq olunur ki, belə hallar təkrar olunarsa, müfaviq iştirakçılar konkursda iştirak hüququndan məhrum olacaqlar.
«Forex-AZ» şirkətinin treyderlər arasında təşkil edəcəyi «Konkurs 34» müsabiqəsində iştirak edib, Real Ticarət Hesabı qazanmaq istəyən hər bir kəs qeydiyyatdan keçərək konkursa qatıla bilər.Növbəti müsabiqə 23.02.2009 tarixində başlayacaqdır. «Forex-AZ» şirkəti arzu edən hər kəsi bu müsabiqədə iştirak etməyə dəvət edir.







