Forex-AZ Unique profit

TRADER ROOM:
 CALL US:  +994 (012),(050) 498 1677   (055) 668 5522
Central Bank rates:
Hot news:

Konkurs 28-in yekun nəticələri

739
740
741
742

«Forex-AZ» şirkətinin 23.06.08 tarixindən etibarən  treyderlər arasında təşkil etdiyi Konkurs 28 müsabiqəsi artıq başa çatdı.

Gəlin birlikdə bu həftənin və ümumilikdə Konkurs 28-in yekun nəticələri ilə tanış olaq:

Login Ad, Soyad Balans
60736 Elnur Rəcəb $62459.40 >>> statement <<<
60743 Hartono Gunawan $35726.70 >>> statement <<<
60079 Xanımana Həmzəyeva $18072.47 >>> statement <<<
60554 Ramin Əliyev $15639.13 >>> statement <<<
60180 Sənubər Süleymanova $14640.61 >>> statement <<<
60605 Cəfər İbrahimov $12862.42 >>> statement <<<

Qeyd: Statement düyməsinə basaraq müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz, şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.

Yuxarıda göstərilən nəticələrdən göründüyü kimi bu həftənin və bütövlükdə Konkurs 28-in tamhüqüqlu qalibi Elnur Rəcəb adlı iştirakçımızdır. Bir daha xatırladaq ki, Elnur Rəcəb ötən həftə də müsabiqənin lideri olmuş və bu mövqeyini sonadək qoruyub saxlayaraq müsabiqənin baş mükafatı - $ 500 həcmində Real Hesabı qazanmışdır.

Top 50 reytinq cədvəlində ikinci yerin sahibi əcnəbi iştirakçımız Hartono Gunawandır. Lakin müsabiqənin şərtlərinə baş mükafatı yalnız yarışmanın Azərbaycandan və Türkiyədən olan iştirakçıları qazana bilər. Bu səbəbdən Hartononun nəticəsi avtomatik olaraq ləğv olunur. Cədvəldə göstərilən növbəti 3 iştirakçı -Xanımana Həmzəyeva, Ramin Əliyev və Sənubər Süleymanova müsabiqə qaydalarına əməl etməyərək, müsabiqənin son günü açıq əməliyyatlarını bağlamamışlar. Bu səbəbdən də İkinci yerin sahibi Cəfər İbrahimov seçilmişdir. Müsabiqənin üçüncü qalibi yoxdur, çünki növbədə gələn iştirakçıların heç biri $10 000 həddini aşa bilməyiblər.

Müsabiqənin ümumi nəticələrinə nəzər salsaq görərik ki, ötən dörd həftə ərzində ilk onluqda bir sıra dəyişikliklər olmuşdur. İlk iki həftə ərzində lider Yuliya Kərimova idi. Türkiyədən olan iştirakçı İlhan Şəntürk də müsabiqənin ilk mərhələlərində xeyli aktiv görünürdü. Son iki həftədə isə liderliyi Elnur Rəcəb yaxaladı və bu nəticəsini sonadək qoruya bildi. Bütün müsabiqə ərzində əcnəbi iştirakçıların da aktivliyi xeyli yüksəkdi. Bütün bunlar bir daha onu sübut edir ki, «Forex-AZ» şirkəti tərəfindən keçirilən müsabiqə nəinki Azərbaycandan, həmçinin dünyanın bir sıra ölkələrindən olan nümayəndələrin də böyük marağına səbəb olmuşdur. Göstərdikləri diqqətə görə hər bir müsabiqə iştirakçısına dərin minnətdarlığımızı bildiririk.

Nəzərinizə çatdırırıq ki, növbəti Konkurs 29 müsabiqəsi 04.08.08 tarixində başlayacaq və müsabiqədə iştirak etmək istəyən hər bir şəxs - http://forex-az.info/2/contest/registration - linkinə tıklayaraq dərhal qeydiyyatdan keçə bilər.


21-07-2008, 10:56:00
 
© 2000-2010 Forex-AZ. All Rights Reserved. | Version 5.0