Konkurs 21 nəticələri
«Forex-AZ» şirkəti tərəfindən treyderlər arasında təşkil edilmiş 21-ci Konkurs müsabiqəsi başa çatmışdır.
Müsabiqənin yekun nəticələrinə əsasən qalib müəyyənləşdirilməmişdir!
Belə ki, ilk ən yüksək nəticələr göstərmiş müsabiqə iştirakçıları Konkurs şərtlərinə müvafiq olaraq $10.000 həddini aşa bilmədiklərindən, mükafatçılar sırasına daxil olmamışlar.
Bir daha müsabiqə iştirakçılarının nəzərinə çatdırmaq istərdik ki, Müsabiqə iştirakçısı müsabiqənin sonuncu günü Ticarət Hesabında bütün açıq ticarət əməliyyatlarını bağlamağa və digər gözləmə orderlərini ləğv etməyə məsuliyyət daşıyır. Amma təəsüflər olsun ki bəzi iştirakçılar konkursun qaydalarına riayyət etmirlər. Bu iştirakçılara xəbərdarlıq olunur və belə hallar növbəti konkurslarda təkrarlanarsa həmin iştirakçı konkursda iştirak etmək hüququnu itirə bilər.
Növbəti konkurs 05.11.2007 tarixində başlayacaq və arzu edən hər bir kəs öz gücünü növbəti konkursda sınaya bilər. >>> qeydiyyat <<<




