Forex-AZ Unique profit

TRADER ROOM:
 CALL US:  +994 (012),(050) 498 1677   (055) 668 5522
Central Bank rates:
Hot news:

43-cü konkursun 2-ci həftəsi

Artıq 43-cü konkursun 2-ci həftəsi də geridə qaldı. Ötən həftə müsabiqə iştirakçılarından kimisi öncədən tutduğu mövqeyini qoruyub saxlaya bilmədi, kimisi isə uğurlu nəticələri ilə ilk onluqda yer almağı bacardı. Gəlin birlikdə ötən həftənin yekun nəticələri ilə tanış olaq:

Login Ad, Soyad Balans Hesab tarixi
126453 Roman Makeyev $ 48386.37 statement
130154 Yustus Bala $ 32342.43 statement
129392 Hüseyin Akbaş $ 24994.21 statement
131201 Emin Öztürk $ 23097.49 statement
131115 Namiq Nəbiyev $ 22584.26 statement
131125 Abiodun Akanmu $ 21420.36 statement
129778 Ruslan Ramazanov $ 19805.42 statement
130646 Sobah Sobah $ 18065.65 statement
126582 Elvin Süleymanov $ 17370.94 statement
126485 Ceyhun Bayramov $ 15123.77 statement

Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.

Nəticələrdən göründüyü kimi ötən həftə ilk onluğa liderlik edən Yuliya Kərimova təəssüflər olsun ki, öz mövqeyini qoruyub saxlaya bilmədi. Gərgin mübarizə şəraitində davam edən həftə ərzində ilk üçlükdə yer alan iştirakçılar hər gün dəyişsə də, nəticə etibarilə həftə sonunda liderlik estafetini Roman Makeyev əldə etdi.

Ötən həftənin nəticələrinə nəzər yetirsək görərik ki, ilk onluqda 3 əcnəbi iştirakçımız- Yustus Bala, Abiodun Akanmu və Sobah Sobah yer almışlar. Lakin bir daha bu iştirakçılar və onların simasında bütün əcnəbi iştirakçılarımızın diqqətinə çatdırmaq istərdik ki:

Treyderlər arasında müsabiqədə cinsi mənsubiyyətindən, ixtisasından, Real və ya Demo Hesablarda fəaliyyətindən, əvvəlki müsabiqələrdə iştirakından asılı olmayaraq 18 yaşı tamam olmuş Azərbaycan və Türkiyə vətəndaşları iştirak edə bilər.

«Forex-AZ» şirkəti hər bir müsabiqə iştirakçısına uğurlu ticarət arzu edir!


09-03-2010, 14:05:00
 
© 2000-2010 Forex-AZ. All Rights Reserved. | Version 5.0