Forex-AZ Unique profit

TRADER ROOM:
 CALL US:  +994 (012),(050) 498 1677   (055) 668 5522
Central Bank rates:
Hot news:

USD/JPY həftəni 92.55 səviyyəsi üzərində tamamlayarsa qiymətlərdə növbəti artıma əsas yarana bilər

Commerzbank valyuta analitikləri qeyd edirlər ki, USD/JPY cütündə qiymət dalğalanması 90.67 səviyyəsindən keçən 55 günlük dəyişən orta göstərici ətrafında sabitləşməkdədir. Bu səviyyə yuxarı doğru kəsilərsə artımın qarşısını ala biləcək növbəti maneə 91.90 səviyyəsində yarana bilər ki, burada da 200 günlük dəyişən orta göstərici xətti keçir. Bank strateqləri valyuta cütünün qiymət qrafikində əsas müqavimət həddi kimi 92.55 səviyyəsini qeyd edirlər. Bankdan bildirilir ki, son iki ildə USD/JPY cütündə qiymətlər bu səviyyədən aşağıda dalğalanmışdır və bu səbəbdən 92.55 həddi əhəmiyyətli səviyyədir. Bank analitiklərinin fikrincə daha uzunmüddətli perspektivdə bu səviyyə aşılacaqdır. Valyuta cütündə qiymətlər həftəni 92.55 səviyyəsi üzərində tamamlayarsa bu 94.10 səviyyəsinədək artıma əsas yaradacaqdır. Hazırda USD/JPY cütündə qiymətlər 90.67 səviyyəsi ətrafında dalğalanır.

11-03-2010, 12:42:00


OTHER NEWS




 
© 2000-2010 Forex-AZ. All Rights Reserved. | Version 5.0