Çin höküməti bu il ölkə iqtisadiyyatında artım gözləyir
Çin höküməti ölkə iqtisadiyyatında bu il 8% artım gözlədiyini açıqlamışdır. Bununla yanaşı hakimiyyət inflyasiya və iqtisadi stimulaşdırma tədbirlərinin yan təsirləri ilə mübarizəni də genişləndirmək niyyətindədir. Baxmayaraq ki, Çin dövləti ölkə iqtisadiyyatının dirçəlişi fonunda kreditləşdirmə proqramlarını məhdudlaşdırmaqdadır, maliyyə naziri çıxşında dövlətin aktiv büdcə və zəif sərbəst pul-kredit siyasətini davam etdirəcəyini açıqlamışdır. Dövlət rəsmilərinin fikrincə bu yuanın məzənnə stabilliyini qorumağa kömək edir. Hakimiyyət bu il istehlak xərclərinin 3% artacağını proqnozlaşdırır. Ötən il bu göstəricinin artımı 0.7% təşkil etmişdi. Keçən il Çində ÜDM 8.7% artmışdı. İqtisadi siyasətdə dəyişikliklərin edilməməsinə baxmayaraq maliyyə naziri çıxışı zamanı bildirmişdir ki, bu il yeni kreditlərə 7.5 trln. yuan vəsait ayrılacaqdır ki, bu da ötən ilin müvafiq göstəricisindən azdır. Həmçinin bu il hakimiyyət dövriyyədəki pul kütləsi artımını azaltmağı da planlaşdırır. Maliyyə nazirinin açıqlamalarına əsasən bu il 1.05 trln. yuan həcmində büdcə kəsirinin bağlanılması planlaşdırılır ki, bu da ÜDM 2.8%-ni təşkil edir. Büdcədə bu il də stimullaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 05-03-2010, 11:28:00
OTHER NEWS

