Marja nümunəsi
500 dollar həcmində mini hesab üzrə 1:200 kredit dayağı ilə USD/JPY kotirovkasında 8 mini lot həcmində əməliyyat açıldığı zaman 400 dollar həcmində vəsait marja məbləği kimi dondurulur. Bu halda Ticarət Hesabı üzrə sərbəst balans həcmi 100 dollara bərabərdir. Əgər müvafiq Ticarət Hesabında bütün açıq əməliyyatlar üzrə realizə olunmamış zərər həcmi 100 dollardan daha artıq olarsa ticarət əməliyyatları marja ilə təmin edilməmiş hala düşür və broker tərəfindən bütün açıq ticarət əməliyyatları likvidləşdirilir.

