«Stop-loss» sərəncamlar
Qeyd olunmuş qiymət üzrə açıq ticarət əməliyyatının likvidləşdirildiyi ticarət sərəncamıdır. Bu tip ticarət sərəncamları əksər hallarda bazarda qiymətlərin arzuolunmaz istiqamətdə dəyişdiyi zaman zərə həcmini məhdudlaşdırmaq məqsədilə yerləşdirilir. Uzunmüddətli əməliyyat icra edən treyder müvafiq valyuta kotirovkası qiymətinin qeyd olunan səviyyədək aşağı düşdüyü halda “stop-loss” ticarət sərəncamı yerləşdirə bilər. Biq qayda olaraq satış üzrə “stop-loss” sərəncamları alış qiyməti üzrə, alış üzrə “stop-loss” sərəncamları isə satış qiyməti üzrə icar edilir. Bu brokerlərə praktiki olaraq hər zaman “stop-loss” ticarət sərəncamlarını müştəri tərəfindən göstərilmiş kotirovka üzrə icra etməsinə imkan yaradır. Nadir hallarda bazarda qiymət səviyyələrində kəskin fərq yarandığı zaman qiymət sıçrayışı sahəsində qeyd edilmiş “stop-loss” sərəncamları ən münasib mümkün qiymət üzrə icra olunur.

