Marvin Devis
(25.08.1925 –ci il — 27.09.2004 –cü il [Beverli Hilz, Kaliforniya ştatı ])
Devis 1925-ci il Nyu-Cersi ştatının NyuArk şəhərində anadan olub, 1947-ci ildə Nyu-York Universitetini bitirib. Universiteti bitirdikdən sonra o, atasının milyardlarla dollar gəlir gətirən tədqiqat-qazma şirkəti “Davis Oil Co.”-da işləməyə başlayır. 1980-cı ildə Devis ailəsi ilə birlikdə Denvildən Beverli Hilza köçür və əmlak sahəsində özünün ikinci fəaliyyətinə başlayır.
Devis həmçinin görkəmli xeyriyyəçi idi. O və həyat yoldaşı Barbara, qızları Dananın diabed xəstəsi olduğu aşkar olunduqdan sonra, 1977-ci ildə Uşaq Diabed Fondu yaratdılar. Onlar mütəmadi olaraq öz pul vəsaitləri ilə fondu dəstəkləyirlər. Devis həm də demokrat partiyası namizədlərinin xeyrinə pul vəsaitləri yığımının aktiv istirakçısı idi, Bill Klinton onun yaxın dostlarından biri idi.
Neft mədənləri sahibi –milyarder, “20th Century Fox studios”-u 1980-cı ildə Rupert Merdoka satmış Marvin Devis 79 yaşında, ailəsinin əhatəsində, ağır və uzun sürən xəstəlik nəticəsində vəfat etdi.
Devis “Pebble Beach Co.” və “Beverly Hills Hotel”-in sahibi idi. « Mister Riskli spekulyant " adı ilə o, öz fəaliyyətini neft və benzin sənayesində başladı, daha sonra o əmlak və əyləncə industriyası sahəsində işləməyə başladı. 1981-ci ildə Devis “ 20th Century Fox studios”-u aldı. 1984-cü ildə o, sonradan Paramount-a rəhbərlik edən Barri Dilleri işə qəbul etdi. Növbəti il Devis “Fox studios”-u Merdoka satır. Satışdan sonra Devis ikinci dəfə “20th Century Fox Plaza” –nı qurur və 'Century City’ –yə satır. Bir ildən sonra Devis CBS, NBC və Metro-Goldwyn-Mayer-I almağa cəhd göstərir.
2002-ci ildə o, sonuncu dəfə əyləncə biznesinə daxil olmağa cəhd göstərərək $15 milyarda tərkibinə “Universal Studios”-un daxil olduğu “Vivendi Universal”-I almağa can atır. Lakin bu sahədə razılıq əldə olunmur.
Forbes jurnalının məlumatına əsasən, Devisin var-dövlətinin ümumi həcmi $ 4,9 milyard təşkil edirdi ki, bununla da o, dünyanın milyarderləri siyahısında 85-ci yerdə dururdu.

