Forex-AZ Unique profit

TRADER ROOM:
 CALL US:  +994 (012),(050) 498 1677   (055) 668 5522
Central Bank rates:
Hot news:

J.Pol Getti

30-cu illərdə Böyük Depressiya zamanı, J.P.Getti başa düşdü ki, neftin kəşfi ilə məşqul olmaqdansa neft şirkətlərini almaqla daha çox gəlir əldə etmək olar.   O, qiymətli aktivləri olan, lakin səhmləri balans dəyərindən aşağı qiymətə satılan şirkətlər axtarırdı. Onun ilk neft şirkətlərinə maliyyə qoyuluşu, onun üçün $1 milyon zərərlə nəticələnmişdi.   Tariflər son dərəcə yüksək idi. «Mən, əlimdə olan hər bir dolları və kreditdən ala biləcəyim hər bir senti səhm almağa sərf edirdim, - o deyirdi, - Əgər mən bu kampaniyanı uduzsaydım, bir qara qəpiksiz və böyük borclarla qalardım.”   

Gettinin ən böyük məqsədi, Rokfellerin rəhbərlik  etdiyi, Standard Oil tərəfindən nəzarət olunan Tide Water  neft şirkəti idi. Bir neçə il kəskin mübarizədən sonra Getti, Tide Water  şirkətinin səhmlərinin böyük bir hissəsini idarə edən başqa bir şirkətin səhmləri üzərində nəzarəti ələ keçirdi.

Getti fürsət olduqda yeni çıxış yolları tapmaq kimi keyfiyyəti atası, Minepolis şəhərindən olan hüquqşünasdan öyrənmişdi. 1904-cü ildə atası ailəsini Oklaxoma ştatına gətirir. Getti-ata neft platformalarının necə sürətlə artdığını görürdü və başa düşürdü ki, neftdən yaxşı gəlir əldə etmək olar.  11 yaşlı Getti atası ilə birlikdə neft sahələrini gəzir və gündəlik tutaraq, orada neft biznesinin bütün özəlliklərini qeyd edirdi.  Bu təcrübə onun üçün ən uğurlu təhsil oldu.  Getti hesab edirdi ki, Berkley  və Oksfordda keçən tədris illəri boşuna sərf olunub .

Bir müddət sonra ailə kaliforniyaya köçür. 1933-cü ildə Getti zəlzələlər qorxusu  qarşısında gözlənilmədən oradan köçür.  Getti, investisiya sahəsini nəzərə almasaq, həqiqətdə qoçaq insan deyildi. Getti birja sahəsində həddindən artıq uğurlu  idi və o, iqtisadi dəyişikliklərə deyil,  trendə inanmağı vacib hesab edirdi.


 
© 2000-2010 Forex-AZ. All Rights Reserved. | Version 5.0