«Forex-AZ» şirkəti yeni kitabını təqdim edir
«Forex-AZ» şirkəti Beynəlxalq Valyuta Birjası - Forex bazarı ilə daha yaxından maraqlanan şəxslərə şirkətin bu sahədə geniş təcrübəyə malik mütəxəssisləri tərəfindən hazırlanmış və nəfis tərtibatla dərc edilmiş yeni kitabını təqdim edir.
Kitab Maliyyə Bazarlarında bilik və təcrübəsini artırmaq istəyən, eləcə də bu sahədə çalışan mütəxəssislərə ilk dəfə olaraq doğma ana dilimizdə dolğun və əhatəli şəkildə məlumat almağa imkan yaradır.
Maraqlı illüstrasiyalar, qrafik təsvirlər və real ticarət nümunələri ilə zənginləşdirilmiş kitabda maliyyə bazarlarının fundamental və texniki analiz metodları ilə yanaşı psixoanaliz, kapitalın idarə edilməsi, effektiv ticarət taktikaları ilə bağlı maraqlı mövzularla tanış ola bilərsiniz.
Əgər Siz kapitalınızı effektiv şəkildə artırmağı düşünən investor və ya dünyanın istənilən nöqtəsindən intellektiniz sayəsində mənfəət qazanmağa çalışan kapital idarəçisinizsə bu kitab Sizə bacarıq və imkanlarınızdan maksimum faydalanmağın yollarını göstərəcəkdir.
Kitabda əksini tapmış mövzularla bağlı daha ətraflı məlumatı «Forex-AZ» şirkətinin tədris proqramlarında əldə edə bilərsiniz.

