Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:

«Forex-AZ» I yerə yüksəlmişdir

8 aprel 2006 tarixində Bakı Caz Mərkəzində “Azərbaycan Milli İnternet Mükafatı NETTY 2006” qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

Mərasimdə Forex-AZ şirkətinin rəsmi saytı – www.forex-az.info “Korporativ sayt” nominasiyası üzrə I yerə yüksəlmişdir. Bu mükafat Forex-AZ şirkəti kollektivinin professional fəaliyyətinə verilən layiqli qiymətdir.

Forex-AZ şirkətinin rəsmi saytı – www.forex-az.info “Korporativ sayt” nominasiyası üzrə I yerə yüksəlmişdir.

Bu mükafat eyni zamanda, şirkət saytının oxucularına verilən yüksək qiymətdir. Oxucular tərəfindən sayta göstərilən maraq ilk növbədə Beynəlxalq Maliyyə Bazarları və xüsusilə Forex bazarına günbəgün artmaqda olan marağın bariz ifadəsidir.

Müsabiqə müddəti ərzində qaliblər İnformasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərdən təşkil edilmiş jüri heyyəti tərəfindən müəyyənləşdirilmişdir:

* Elmir Vəlizadə - AR Prezident Apparatının informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri

* Əflatun Məmmədov - AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telekommunikasiya şöbəsinin rəisi.

* Nuru Əhmədov - Azeurotel telekommunikasiya şirkətinin rəhbəri

* Abdul Qəhrəmanzadə - İTU eksperti, keçmiş Rabitə naziri, IU/Azrena Distance Learning layihəsinin rəhbəri.

* Faik Fərmanov - Azərbaycanda birinci internet provayderi olan İntraNS-in rəhbəri

* Osman Gündüz - Multimedia QHT-nin rəhbəri

* Arif Məmmədzadə - "IT MAGAZINE" jurnalının baş redaktoru

* Yaşar Hacıyev - GIPI lahiyəsinin rəhbəri

* Samir Əliverdibəyov - AzNET lahiyəsinin rəhbəri

* İsrail Asaliyev - Internet Access Training Program (İATP) proqramının Azərbaycanda rəhbəri

* Qalib Qurbanov - Azərbaycan İnternet Cəmiyyətinin və Azerin internet-provayderin rəhbəri

* Fərid Kazımov - "Rif Alyans" informasiya-analitik aqentliyin rəhbəri, IKT üzrə mütəxəssis

* Rauf Əliyev - "Turan" IA-nin xüsusiləşdirilmiş bülletenlər departamentinin rəhbəri

* İlqar Həsənov - "Penki Kontinental Baku" veb-şirkətinin rəhbəri

* Ruslan Novruzov - "Network Technologies" şirkətinin rəhbəri, Internet News qəzetinin baş redaktoru

* Vyaçeslav Sapunov - "Internet News" qəzetinin baş redaktor müavini, veb-icmalçı, bir çox internet lahiyələrinin təşəbbüsçüsü.

Olduqca fərəhli haldır ki, jüri heyyəti tərəfindən şirkət saytına verilən yüksək qiymət ən müasir texnoloji yeniliklərdən istifadə nəticəsində sayt istifadəçilərinə yaradılmış olduqca əlverişli və istifadəyə münasib fəaliyyət imkanlarının təcəssümüdür. Bütün bu üstünlüklər sayt istifadəçiləri tərəfindən şirkətə daxil olan çoxsaylı müraciətlərdə bir daha öz təsdiqini tapır.

Bizimlə əməkdaşlıq şirkətin təqdim etdiyi xidmətlərdən istifadə edənlərdə yüksək təssürat yaradır və ən başlıcası bu əməkdaşlıq qaşılıqlı faydalı iş birliyinə söykənir.

Forex-AZ şirkəti Sizlərə göstərdiyi xidmətdən qürur duyur!

Hörmətlə, Forex-AZ şirkəti rəhbərliyi.


Əlavə edildi: 10-04-2006, 15:36:00
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010