Bakutel 2008 sərgi yekunları
|
Hər il olduğu kimi bu il də «Forex-AZ» şirkəti rəsmi sponsorlarından olduğu Bakutel 2008 - “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisində müştərilərinə maliyyə bazarları üzrə yeni xidmət çeşidləri ilə yaxından tanış olma imkanı yaratdı. Noyabr ayının 11-dən 14-dək təşkil edilən bu sərgidə «Forex-AZ» şirkəti ənənəvi olaraq yeni stendi ilə təmsil olunurdu. Stend ziyarətçiləri dünya birjalarında baş verən dəyişiklikləri canlı olaraq izləməklə yanaşı, bu bazarlarda birbaşa ticarət imkanları ilə də tanış olmuşlar. Stendi ziyarət etmiş yüzlərlə insan müasir dövrdə dünya birjalarına qoşularaq sərbəst gəlir imkanlarına sahib olmanın nə qədər sadə olduğunun bir daha şahidi olmuşdur. |
|||||
|
|
||||
Sərgi zamanı «Forex-AZ» şirkətinin təqdim etdiyi yeniliklərdən biri də şirkətin texnoloji və dizayn cəhətdən yeni üslubda hazırlanmış www.foreks.az saytının təqdimatı olmuşdur. Artıq yeni sayt vasitəsilə hər bir müştəri nəinki Forex və digər Maliyyə birjaları haqqında ətraflı məlumat ala bilər, eyni zamanda bu birjalarda çalışmaq üçün birbaşa sayt vasitəsilə Real Hesab aça, bu hesaba pul köçürə və hesaba birbaşa saytdan nəzarət edə bilər. Bütün bunlar üçün saytda ən müasir texnoloji yeniliklər əsasında “Treyder otağı” bölməsi yaradılmışdır. Saytın digər bir üstün cəhəti maliyyə birjaları ilə bağlı ətraflı biliyə malik olmayan insanların da birbaşa onlayn şəkildə lazımi məlumat, informasiya dəstəyi və ədəbiyyatla tanış ola bilməsidir. İndi «Forex-AZ» şirkətinin istər yeni başlayanlar, istərsə də professional treyderlər üçün təşkil etdiyi Tədris kurslarına birbaşa sayt vasitəsilə üzv ola bilərsiniz.
Sərgi stendi ilə tanış olmuş hər bir ziyarətçi «Forex-AZ» şirkətinin tədris kursları və hesaba pul köçürmələri ilə bağlı xidmət çeşidlərinə möhtəşəm “Güzəşt kuponu” da qazanmışdır.
Sərgi zamanı «Forex-AZ» şirkətinin stendini ziyarət edə bilməmiş şəxsləri biz, şirkətin Azadlıq pr.65 ünvanında yerləşən ofisinə gələrək maliyyə bazarları və bu sahədə gəlir imkanları ilə yaxından tanış olmağa DƏVƏT EDİRİK!!!



