Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:

Konkurs 42-in yekun nəticələri

1307
1304
1306
1305
1308

Artıq 42-ci konkursumuzun sonuncu 4-cü həftəsini də geridə qoyduq. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, $ 10 000 limiti keçib ilk onluğa yalnız 3 müsabiqə iştirakçımız daxil olmağı bacarmışlar. Beləliklə, qaliblərimiz və onların nəticələri ilə tanış olaq:

Login Ad, Soyad Balans Hesab tarixi
125616 Kənan İsmayılov $ 53 152.98 statement
124833 Namiq Ağayev $ 29 977.22 statement
123786 Ceyhun Bayramov $ 19 712.57 statement

Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.

Ötən həftə ərzində onluğa daxil olmuş və lider mövqedə yer almış iştirakçılar arasında sabitlik müşahidə olunurdu. Beləki, həftə ərzində onluğun 1-ci və 2-ci mövqelərində qərarlaşmış Kənan İsmayılov və Namiq Ağayev həftənin sonunadək liderliyi əldən buraxmamışlar. Həftənin və ümumilikdə 42-ci konkursun 3-cü mövqeyi uğrunda isə son həftə gərgin mübarizə baş versədə, həftənin ilk günləri Kadir Baltacı, daha sonra Nərmin Kiçikbəyova öz mövqelərini həftə sonunda Ceyhun Bayramova təhvil verdilər.

Müsabiqədə iştirak edib uğur qazana bilməyən, eləcə də müsabiqəyə qatılmaq istəyən yeni iştirakçılarımızın diqqətinə çatdırırıq ki, Qeydiyyat forması-nı dolduraraq növbəti- 22.02.10 tarixində start veriləcək 43-cü konkursda iştirak edə bilərlər.

«Forex-AZ» şirkəti qalib gəlmiş iştirakçılarımızı təbrik edir, qalib olmayanlara isə növbəti müsabiqələrdə uğurlar arzu edir.


Əlavə edildi: 09-02-2010, 11:10:00
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010