Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:

41-ci Trader konkursunun qalibləri

1277
1278
1276
1279

Artıq 41-ci konkursun 2-ci və sonuncu həftəsini, eləcə də 2009-cu ilin sonuncu müsabiqə həftəsini geridə qoyduq. Sonuncu konkursun cəmi 2 həftə davam etməsinə baxmayaraq, iştirakçılarımız gərgin mübarizədə müsbət nəticələr göstərə bilmişlər. Beləliklə, ötən həftənin ilk onluğunda yer almış iştirakçılarımızla tanış olaq:

Login Ad, Soyad Balans Hesab tarixi
119273 Gökhan Satıcı $ 38199.43 statement
119131 Anfisa Əliyeva $ 32556.33 statement
122234 Muhammed Çelik $ 21524.28 statement
119573 Aydan Abdullayeva $ 17225.60 statement
121664 Turab Namazov $ 16869.79 statement
120699 Pərvanə Kamalova $ 16441.09 statement
121554 İsmayıl Aslanözyar $ 15863.07 statement
120730 Ayşe Unal $ 15059.03 statement
120373 Mübariz Mirzəyev $ 14009.01 statement
120620 Oqtay Əlizadə $ 11147.28 statement

Qeyd: Statement düyməsinə basaraq Siz, müsabiqə liderlərinin ticarət fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz. Bununla Siz şəxsi ticarət nəticələrinizi müsabiqə liderlərinin nəticələri ilə müqayisə edə və yanlışlıqlarınızı aşkara çıxara bilərsiniz.

Ötən həftə bəzi müsabiqə iştirakçıları bir sıra qayda pozuntularına yol vermişlər. Beləki, həftə ərzində liderliyini əldən buraxmayan Türkiyəli iştirakçımız Gökhan Satıcı eyni zamanda 3 konkurs hesabı ilə - 119271, 119273, 122276 çalışaraq müsabiqə qaydalarını ciddi şəkildə pozmuş, bununla da onun liderlik mövqeyinə xitam verilmişdir.

Bundan əlavə, dəfələrlə qeyd olunmasına baxmayaraq, bəzi iştirakçılar müsabiqənin son günü açıq əməliyyatlarını bağlamamışlar. Beləki:

-Aydan Abdullayeva- balansında $ 17225.60 olsa da, 1 açıq əməliyyatı ( - 7353.60);
-Turab Namazov- balansında $ 16869.79 olsa da, 1 açıq əməliyyatı (- 5089.35);
-Pərvanə Kamalova- balansında $ 16441.09 olsa da, 2 açıq əməliyyatı (- 7344.43);
-Mübariz Mirzəyev- balansında $ 14009.01 olsa da, 7 açıq əməliyyatı (- 10659.83);
-Oqtay Əlizadə -balansında $ 11147.28 olsa da, 2 açıq əməliyyatı (- 4184.12) qalmışdır.
Həmçinin, Türkiyədən olan növbəti iştirakçımız İsmayıl Aslanözyar müsabiqənin son günü əməliyyatlarını bağlasa da, 21.12.09 tarixində yenidən əməliyyataçmışdır.
Bu səbəbdən də yuxarıda adları qeyd olunan iştirakçıların nəticələri ləğv olunur.

Bütün yuxarıda qeyd olunanlara əsaslanaraq həftənin və ümumilikdə 41-ci konkursun ilk üçlüyü aşağıda kimidir:

1-ci yer Anfisa Əliyeva
2-ci yer Muhammed Çelik
3-cü yer Ayşe Unal

Qalib gəlmiş iştirakçıları təbrik edir, qalib olmayan iştirakçılarımıza isə növbəti konkurslarda uğurlar arzu edirik.


Əlavə edildi: 25-12-2009, 15:28:00
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010