Mütəxəssislər EUR/USD cütünə təzyiqlərin davam edəcəyi qənaətindədirlər
Amerikan fond indekslərinin artımı davam etdirmə cəhdləri uğursuzluqla nəticələnmişdir. İnvestorların dünya iqtisadiyyatında yaranan durumla bağlı narahatlıqları fonunda fond indeksləri ticarət sesiyasını enişlə tamamlamışdır. Barclays Capital valyuta analitiklərinin fikrincə yaxın günlərdə riskli aktivlərə marağın azalması davam edəcəkdir. Belə ki, Yunanıstan çətin ki, ölkənin fiskal durumuna effektiv təsir edə biləcək hər hansı qərar qəbul edə bilsin, investorlar isə bu cür durumun Avropanın digər ölkələrinə də mənfi təsir göstərəcəyindən narahatdırlar. Bank mütəxəssisləri EUR/USD cütünə təzyiqlərin davam edəcəyi qənaətindədirlər. Artım istiqamətində korreksiyanın yaranma ehtimalına baxmayaraq eniş tendensiyasının $1.26 səviyyəsinədək davam etməsi mümkündür. Əlavə edildi: 09-02-2010, 11:12:00
DİGƏR XƏBƏRLƏR
Büdcə kəsiri yüksək səviyyədədir, lakin bu ABŞ iqtisadiyyatının böhrandan çıxmasına müsbət təsir göstərir
ABŞ Büdcə katibi Timoti Qeytner bildirmişdir ki, ABŞ-ın büdcə kəsiri həddindən artıq yüksək səviyyədədir, lakin bu ölkə iqtisadiyyatının böhrandan çıxmasına müsbət təsir göstərir. O əlavə etmişdir ki, dövlət hələ ki, faiz dərəcələrini qorumağa davam edə bilər, hansı ki, həqiqətən də olduqca aşağı...
Əlavə edildi: 11-03-2010 13:15:02
USD/JPY həftəni 92.55 səviyyəsi üzərində tamamlayarsa qiymətlərdə növbəti artıma əsas yarana bilər
Commerzbank valyuta analitikləri qeyd edirlər ki, USD/JPY cütündə qiymət dalğalanması 90.67 səviyyəsindən keçən 55 günlük dəyişən orta göstərici ətrafında sabitləşməkdədir. Bu səviyyə yuxarı doğru kəsilərsə artımın qarşısını ala biləcək növbəti maneə 91.90 səviyyəsində yarana bilər ki, burada da 200 günlük...
Əlavə edildi: 11-03-2010 12:51:52
ABŞ-ın büdcə kəsiri ən yüksək aylıq həddinə çatdı
Fevral ayında ABŞ-ın büdcə kəsiri göstəricinin hesablanma dövrü ərzində ən yüksək aylıq həddinə çatmışdır. 2010 maliyyə ilinin ötən dövrü ərzində isə büdcə kəsiri 10% artaraq 651.60 mlrd. dollar səviyyəsinə yüksəlmişdir. Fevral ayında ABŞ-ın büdcə kəsiri 221 mlrd. dollar təşkil etmişdir. Bu...
Əlavə edildi: 11-03-2010 12:41:54




