Forex-AZ Fərqli gəlir

TREYDER OTAĞI:
 ZƏNG VURUN:  (012),(050) 498 1677   (055) 668 5522
Bankların faiz dərəcələri:
Qaynar xəbərlər:
İbrahim Karaaslan
36-cı konkursun qalibi ilə müsahibə

1.     Mümkünsə bir qədər özünüz haqqında məlumat verərdiniz?

1981-ci ildə anadan olmuşam, litsey təhsili almışam və hazırda gəmidə çalışıram. Evliyəm və bir qızım var.

2.     Forex barəsində ilk olaraq necə məlumat əldə etdiniz?

Google axtarış sistemində yarışmalarla maraqlanırdım və Forex-AZ şirkətinin təşkil etdiyi konkurslara rastladım. Forex-lə ilk tanışlığım belə başladı.

3.     Yarışmada iştirakınız zamanı ticarətinizə gün ərzində neçə saat ayırırdınız?

Gəmidə çalışdığım üçün bəzi günlərdə zaman ayırmağa vaxtım olmurdu, lakin əksər vaxtlarda 1-2-3 saat çalışırdım. Orta hesabla gündəlik 1 saat vaxt ayırmağın kifayət olduğunu düşünürəm. Forex-lə tanış olmağı hər kəsə tövsiyyə edirəm, xüsusən valyuta ticarəti ilə məşğul olanlar bu işi mütləq öyrənməlidir. Bu birjada böyük vəsait yatırmadan da iştirak etmək mümkündür.

4.     Ticarət əməliyyatlarınız zamanı hansı analiz metodlarından istifadə edirsiniz və əsas aldığınız qaydalar nələrdir?

Forex-AZ şirkətinin dərc etdiyi kitabı aldım və Forex-i professional şəkildə öyrənməyə başladım. Analizlərimdə Ossilyator indikatorlarından istifadə etməyə çalışdım və bu çox faydalı oldu.

5.     Təşkil etdiyimiz konkurslar tarixində ən yüksək nəticə göstərdiniz. Sizcə hər bir şəxs Forex-də bu tip nəticə göstərə bilərmi?

Mənim əldə etdiyim nəticə bu birjanın imkanları ilə müqayisədə çox kiçikdir. Hesab edirəm ki, gələcək yarışmalarda bundan da böyük nəticələr göstərən iştirakçılar olacaqdır.

6.     Bu qədər böyük uğurun sirri nədədir?

İntizamlı olmaq, trendin əksinə ticarət etməmək, qiymət hərəkətlərini 4 saatlıq və günlük periyodlarda analiz etmək məncə ilkin mərhələdə kifayət qədər uğurlu başlanğıc etməyə yardım edəcəkdir.

7.     Konkursların təşkili ilə bağlı təklifləriniz varmı?

Bu tip yarışmanın hər ay təşkil edilməsi Forex ticarətinə yeni başlayanlara bilik və təcrübələrini artırmaq üçün çox böyük imkanlar yaradır. Yarışmalara bu şəkildə davam edilməsi çox gözəldir.

8.     Konkurs təşkilatçılarına nələri söyləmək istərdiniz?

Belə bir yarışmanın təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm.
 

PayPal WebMoney Mastercard VISA BANK
SSL Trendoks IMG
© 2009 Forex-AZ. Bütün hüquqlar qorunur. | Version 5.0 ©2000-2010