İnkişaf xronologiyası
2009 il
İlin ən etibarlı Forex şirkəti
Dünya maliyyə bazarları üzrə xidmətlərdə DAİM YÜKSƏK KEYFİYYƏT hədəflərimiz və xidmət göstərdiyimiz müştərilərlə ETİBARLI ƏMƏKDAŞLIQ mühiti yaradan operativ iş üslubumuz əldə etdiyimiz uğurlara yeni birisini də əlavə etmişdir.
Türkiyədə ilk kitabımız nəşr edildi!
"Forex A'dan Z'ye Uluslararası Döviz Piyasası Alfabesi" kitabı «Forex-AZ» şirkətinin Azərbaycan dilində nəşr etdirdiyi "Foreks Maliyyə Bazarının Əlifbası" kitabının türkcəyə çevrilmiş yeni versiyasıdır.
2008 il
Azərbaycan nümayəndələri NASDAQ birjasının açılışında
İyun — 30 iyun 2008 tarixində tərkibinə «Forex-AZ» şirkətinin prezidenti Elşən Quliyevin də qatıldığı Azərbaycan nümayəndə heyəti tarixdə ilk dəfə olaraq Beynəlxalq Maliyyə Dünyasının ən böyük qurumlarından olan NASDAQ birjasında ticarət seansının açılışını etdi.
Uğur - 2007
Fevral — 16 fevral 2008-ci il tarixində "Gülüstan" sarayında "Consulting and Business" jurnalının təsis etdiyi "Uğur - 2007" Milli Mükafatının təqdimetmə mərasimi keçirildi. Mərasimdə «Forex-AZ» şirkəti "Maliyyə alətlərinin inkişafına töhfəsinə görə" nominasiyasında "Uğur - 2007" Milli Mükafatına layiq görüldü.





